Search

Axtarış


20 Yanvar şəhidlərinin anim mərasimi

17/01/2015
20 Yanvar şəhidlərinin anim mərasimi Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər. Universitetin  rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

22/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub

20/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub.

Avropanın “TEMPUS” proqramı Biologiya fakültəsində II layihəsini reallaşdırmağa hazırlaşır

15/04/2011

Avropanın “TEMPUS”  proqramı  çərçivəsində Bakı Dövlət Universiteti və İngiltərənin Westminster Universiteti arasında magistr pilləsi üzrə distant təhsilin reallaşmasına hazırlıq məqsədilə layihə təşkilatçılarının 19-20 aprel tarixlərində BDU-ya səfərləri gözlənilir.

On bir nəfərlik nümayəndə heyətinin layihə koordinatoru İngiltərənin Westminster Universitetindən Nino Porakişvili, üzvlər isə bunlardır:

Westminster Universitetindən: Peter Lidirad, Keis Redvey, Peter Delves, Federika Oradini, Fransanın Breatgne Occidentale Universitetindən Jan Pyer Pennek, İtaliyanın L’Aqulia Universitetindən Covani De Qasperis, Guido Makçiarelli, Gürcüstanın Tiflis Dövlət Universitetindən isə Nina Kulikova, Marina Tevzadze və Paata Tsaqareişvili.

Westminster Universiteti artıq layihənin reallaşması ilə bağlı şərtlərini açıqlayıb. Ekspertlər həmin şərtlərin Azərbaycana uyğun olub-olmadığı ilə maraqlanacaq və rəsmi görüşlər keçirəcəklər.

Qeyd edək ki, Avropanın “TEMPUS”  proqramının  Biologiya fakültəsində I layihəsi İmmunologiya laboratoriyanın  yaradılması olub.

Mətbuat və İnformasiya  şöbəsi, 15 aprel 2011-ci il.

Bookmark and Share