Search

Axtarış


20 Yanvar şəhidlərinin anim mərasimi

17/01/2015
20 Yanvar şəhidlərinin anim mərasimi Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər. Universitetin  rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

22/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub

20/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub.

“Çaşıoğlu-Multimedia” tələbələri işə dəvət edir

09/04/2011

Bu gün "Çaşıoğlu-Multimedia" şirkətinin baş direktoru Rəhilə Soltanqızının və əməkdaşlarının BDU tələbələri ilə görüşü olub. Görüşun əsas məqsədi tələbərə iş təklifi ilə bağıl olub. Baş direktor belə bir görüşün universitetdə təşkil edildiyi üçün BDU rəhbərliyinə təşəkkürünü bildirib. O, özünə güvənən, dizayn duyumu, yaradıcılıq qabiliyyəti, zövqü olan tələbələri sınaq müddəti ilə işə qəbul etmək niyyətini açıqlayıb. Sonra "Çaşıoğlu-Multimedia" şirkətinin əməkdaşları tələbələrin suallarını cavablandırıblar.

Mətbuatİnformasiyaşöbəsi, 09 aprel 2011-ci

Bookmark and Share