Search

Axtarış


20 Yanvar şəhidlərinin anim mərasimi

17/01/2015
20 Yanvar şəhidlərinin anim mərasimi Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər. Universitetin  rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

22/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub

20/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub.

Amerikalı politoloq Bakı Dövlət Universitetində mühazirələr oxuyacaq

15/04/2011

Amerikanın tanınmış politoloqu, Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit 24-28 aprel tarixlərində Bakı Dövlət Universitetinə gələcək. Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına müxtəlif səpkili mühazirələr oxumaqdır.

Qeyd edək ki, bu il Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun 50 ili tamam olur. Bu münasibətlə adıçəkilən İnstitutun tanınmış alimləri və ictimai xadimləri müxtəlif ölkələrə səfər edərək mühazirələr oxuyacaq, konfranslar təşkil edəcəklər.

Səfir Riçard Volker tərəfindən 1961-ci ildə Beynəlxalq Araşdırmalar İnstitutu kimi qurulan Volker İnstitutu ABŞ-ın ikinci elmi-araşdırma mərkəzidir. İnstitutun direktoru Qordon Smit ABŞ-ın postsovet məkanında gedən siyasi proseslər üzrə aparıcı mütəxəssisi, bir çox elmi araşdırmalar və monoqrafiyaların müəllifidir.

Mətbuat vəİnformasiyaŞöbəsi, 15 aprel 2011-ci il.

Bookmark and Share