Search

Axtarış


20 Yanvar şəhidlərinin anim mərasimi

17/01/2015
20 Yanvar şəhidlərinin anim mərasimi Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər. Universitetin  rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

22/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub

20/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub.

Akademik Abel Məhərrəmov təltif edilib

05/04/2011

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə layiq görülüb. Adıçəkilən qurumun prezidenti M.A.Pekelisin imzası ilə göndərilmiş müvafiq sənəddən məlum olur ki, rektor «Elm və təhsil sahəsində böyük xidmətlərinə görə» bu yüksək adla mükafatlandırılıb.

Mətbuat və İnformasiya şöbəsi, 05 aprel 2011-ci il.

(Material  Azadinform, SİA, modern.az,  SalamNews, AZE.az, vesti.az, news.rambler.ru, www.500rublei.ru, news.azerbaijan.ru, azeri.ru, Bakililar.az, informasiya agentliklərində, xəbər portallarında və "İki sahil", "Ekspress" qəzetlərində də yayımlanıb – 05-06aprel 2011-ci il)

Bookmark and Share