Search

Axtarış


20 Yanvar şəhidlərinin anim mərasimi

17/01/2015
20 Yanvar şəhidlərinin anim mərasimi Bu gün Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər. Universitetin  rektoru, akademik Abel Məhərrəmov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Rektor 20 yanvar faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

22/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş "Bakı Dövlət Universitetinin professorları" adlı kitab çap olunub.

Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub

20/12/2014
Bakı Dövlət Universitetinin 95 illik yubileyinə həsr olunmuş Univrsitetin xəbərlər seriyasından 3 jurnal çap olunub.

Boş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib

31/03/2011

Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq ediməsi haqqında» 12 sentyabr 2008-ci il tarixli, 210 nömrəli Qərarının qəbul olunması ilə bağlı ali təhsil müəssisələrində fakültə dekanı, kafedra müdiri və dekan müavini vəzifələrinin tutulması qaydasında müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan həmin vəzifələrin tutulması ilə bağlı müsabiqənin keçirilməsi Təhsil Nazirliyi tərəfindən müvəqqəti olaraq dayandırılmış və onların səlahiyyət müddəti seçki keçirilənədək uzadılmışdı. Həmin qaydalar Təhsil naziri Misir Mərdanovun 09 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq olunduğundan, əmrin icrası ilə əlaqədar olaraq digər ali məktəblər kimi Bakı Dövlət Universiteti tərəfindən də «Azərbaycan» qəzetinin 30 mart 2011-ci il tarixli sayında və universitetin internet saytında boş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilmişdir.

BDU-nun 17 fakültəsindən 15-i - Hüquq, Beynəlxalq münasibətlər və beynəlxalq  hüquq, Filologiya, Tarix, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq- informasiya, İlahiyyat, Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələri müsabiqədə iştirak edəcək. Digər iki fakültənin – Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanlarının səlahiyyət müddətləri başa çatdıqdan sonra həmin fakültədə də müsabiqə elan ediləcəkdir.

Müsabiqədə kafedra müdiri vəzifəsinə müvafiq kafedranın, dekan vəzifəsinə isə fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə komissiyanın tərkbinin müəyyənləşdirilməsi istiqamətində isə iş aparılır.

Növbəti mərhələdə kafedra müdiri vəzifəsini tutmaq üçün də müsabiqə elan ediləcəkdir.

Mətbuatİnformasiyaşöbəsi, 31mart2011-ciil.

Bookmark and Share