Search

Axtarış

Yaxın və orta şərq ölkələrinin iqtisadi və sosial coğrafiyası

Rəycilər:

BDU-nun iqtisadi coğrafiya kafedrasının professoru,

c.e.d.İsmayılovÇ.N.

AMEA-nın Coğrafiya İnstitutunun iqtisadi və sosial coğrafiya

şöbəsinin müdiri, c.e.n. PaşayevN.

SoltanovaH.B., MəmmədovC.A. «YaxınvəOrtaŞərqölkələrininiqtisadivəsosialcoğrafiyası» (dərslik). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 304 səh.

Ana dilimizdə ilk dəfə çap olunan bu dərslikdə tələbələri vətənimizə həm coğrafi, həm də tarixi keçmiş baxımından çox yaxın olan ölkələr ilə yaxından tanış etmək məqsədi güdür. Üç hissədən ibarət olan kitabın birinci hissəsi Yaxın və Orta Şərq regionu barədə təbii, iqtisadi, tarixi məlumatlara həsr olunmuşdur. İkinci hissə Yaxın Şərq (16 dövlət), üçüncü hissə isə Orta Şərq dövlətlərinin (2 dövlət) icmalına həsr olunmuşdur. Kitabın so­nunda əlavələr hissəsində region dövlətlərinin bəzi sosial, iqtisadi və siyasi göstəricilərini özündə əks etdirən cədvəllər verilmişdir.

Uzun illər bu regionun tədrisi və tədqiqi ilə məşğul olan müəlliflər müəyyən dövrlərdə regionun bəzi ölkələrində işləmiş, elmi məzuniyyətlərdə olmuş və elmi məruzələrlə çıxış etmişlər.

Kitabın bu qəbildən olan digər dərsliklərdən fərqi ondadır ki, coğrafiyada qəbul olun­muş ənənəvi ardıcıllığa riayət olunmaqla regionun və onun ayrı-ayrı ölkələrinin iqtisadi coğrafi səciyyəsi ilə yanaşı siyasi coğrafi səciyyəsi də verilir. Başqa sözlə, oxucu dövlət barədə iqtisadi-coğrafi məlumat əldə etməklə yanaşı, həmin dövlətin qısa tarixi, müasir idarəolunma sistemi, yürütdüyü xarici siyasət, iştirak etdiyi regional təşkilatlar və Azər­baycan Respublikası ilə münasibətlərindən də konkret məlumat əldə edə bilər.

Dərslikdən coğrafiya, tarix, beynəlxalq münasibətlər, regionşünaslıq və diplomatiya sahəsində ixtisaslaşan bakalavr və magistr pilləsinin tələbələri istifadə edə bilər. Region­şünaslıqla maraqlanan geniş oxucu kütləsi üçün də bu kitab faydalı sayılır.

ã «BakıUniversiteti» nəşriyyatı, 2008

Bookmark and Share