Search

Axtarış

Radiofizika

Elmi redaktoru: fizika-riyaziyyat elmləri namizədi, dosent N.Ə.Məmmədov

Rəyçilər: fizika-riyaziyyat elmləri doktoru, professor V.M.Salmanov

fizika-riyaziyyat elmləri doktoru, professor B.Ş.Barxalov

DavudovB., DaşdəmirovK. Radiofizika. Dərs vəsaiti, Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 392 səh., şəkilli.

Kitabda xətti və qeyri-xətti sistemlərin araşdırılması üsulları, elm və texnikanın müxtəlif sahələrində geniş tətbiq olunan radiotexniki sxemlər, siqnalların generasiyası, gücləndirilməsi, modullaşdırılması və detektə edilməsi kimi mühüm radiotexniki məsələlər ətraflı şərh edilir, elektrovakuum, yarımkeçirici cihazlar və inteqral mikrosxemlər əsasında yaradılmış radioelektron qurğuların iş prinsiplərindən, impuls və rəqəm texnikasının əsas elementlərindən bəhs olunur.

Dərs vəsaiti, əsasən, ali məktəblərin fizika, fiziki elektronika, yarımkeçiricilər fizikası istiqamətlərində bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Vəsait, həmçinin, uyğun ixtisaslar üzrə magistrant, aspirant, elmi işçi, mühəndis və müəllimlər üçün də faydalı ola bilər.

«BakıUniversiteti» nəşriyyatı, 2008

 

Bookmark and Share