Search

Axtarış

İnsan və heyvan fiziologiyası (II cild)

Redaktorlar:ADPU-nın insan və heyvan fiziologiyası kafedrasının

müdiri, b.e.d., prof.Ə.N.Fərəcov

AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun böyük elmi işçisi,b.e.n.Ş.M.Hacıyev

Rəyçilər:Rusiya EA-nın üzvü, Beynəlxalq Noosfer Akademii­yasının həqiqi üzvü, b.e.d., prof.M.S.Babayev

AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun analizatorların müqayisəli və yaş fiziologiyası laboratoriyasının rəhbəri, b.e.n.A.Q.Qazıyev

Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin dekanı, anatomiya, fiziologiya, zoologiya kafedrasının dosentiA.M.Rüstəmov

ƏliyevƏ.H.,ƏliyevaF.Ə.,MədətovaV.M.İnsanvəheyvanfiziologiyası(bakalavrhazırlığıüçündərslik). Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2008, 600 s.

Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid müasir məlumatlar verilmişdir.

Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən «İnsan və heyvan fiziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin ikinci hissəsində fiziolo­giya sahəsində son nailiyyətlər Avropa standartları nəzərə alınmaqla qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdir.

Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası (birinci kitabda), əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilməsidir.

Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biolo­giyanın müxtəlif sahələrində çalışan bioloqlar üçün faydalı ola bilər.

Ó«BakıUniversiteti»nəşriyyatı, 2008

Bookmark and Share