Search

Axtarış

Ümumi ekologiya

Elmi redaktorlar:

-     Ş.Y.GÖYÇAYLI, coğrafıya elmləri doktoru, professor

-     M.M.QURBANOVA, kimya elmləri doktoru

Rəyçilər:

-     M.Ə.MUSAYEV, akademik

-      Q.Ş.MƏMMƏDOV, akademik

-     M.A.MÜSEYİBOV, coğrafiya elmləri doktoru, professor

-     Q.T.MUSTAFAYEV, biologiya elmləri doktoru, professor

Redaktor:

İ.H.CƏBRAYILOV, pedaqoji elmlər doktoru

Sultanov R.L., Sadıqova N.A., Ataşova Ü.E. Ümumi ekologiya. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 384 səh.

Dərslik respublika ali təhsil müəssisələrində «Ümumi ekologiya» fənninin tədrisində istifadə edilmək üçün yazılmışdır.

Bu dərslik vasitəsilə biz davamlı inkişafın əsas sahələrindən biri hesab edilən ekologiyanın müxtəlif sahələri üzrə ən son elmi mənbələrə əsaslanmış, müasir dövrü əks etdirə bilən ekoloji biliklərə malik müstəqil respublikamızın ətraf mühitinin mühafızəsi problemləri, bioloji müxtəliflik, ekoloji tərbiyə məsələləri haqqında məlumatları vermək istəyirik. Dərslik Azərbaycanın müasir dövründə təhsil sistemində yeni ekoloji texnologiyaların tətbiqi və onlardan səmərəli istifadənin təşkili problemləri nəzərə alınaraq yazılmışdır. Burada ilk növbədə ümumi ekologiyanın elmi əsasları, onun tədrisində yeni texnologiyadan istifadənin mahiyyəti, vəziyyəti, imkanları, tədris müəssisələrinin son təcrübələrinin ümumiləşdirilməsi haqqında geniş məlumatlar verilir.

Dərslik təbiət elmlərinin ekologiyaya dairəlaqələri nəzərə alınmaqla inteqrasiya prinsipi əsasında tərtib edilmişdir. Tələbə və şagirdlərlə işləyən her bir pedaqoq- müəllim elmi ekoloji biliyə və dünya görünüşünə malik olmalıdır.

Dərslikdən ali və orta peşə ixtisas təhsil müəssisələrinin professor-müəllim heyəti, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri və ekologiya sahəsində çalışan mütəxəssislər istifadə edə bilərlər. Dərslikdən ekologiya, biologiya, coğrafiya, kimya, səhiyyə və kənd təsərrüfatı üzrə fakültələrin bakalavr pilləsinin tələbələri istifadə edə bilərlər. Professor-müəllif heyətinin hər biri öz ixtisasına uyğun mövzuları seçərək «Ümumi ekologiya» fənninin tədrisini planlaşdırmalıdır.

©«Bakı Universiteti» nəşriyyatı, 2010

Bookmark and Share