Magmatik prosesler
%202.jpg)
REDAKTOR:AMEA-nın müxbir üzvü, professor V.M.Babazadə
RƏYÇİLƏR:Geologiya-mineralogiya elmləri doktoru, professor M.N.Məmmədov (BDU-nunFaydalıqazıntılar kafedrasınınprofessoru); Geologiya-mineralogiya elmləri doktoru Z.B. Abdullayev (AMEAGeologiyaİnstitutu, Petrologiyaşöbəsininbaşelmiişçisi)
İmamverdiyev N.Ə. Maqmatikprosesləringeokimyası (petrolojiəsaslarla). Dərslik . Bakı: BDU, 2008, 192 səh.
Kitabda Yerin daxili qatlarının geokimyasına, yuxarı və aşağı mantiyanın eksperimental məlumatlara və dərinlik daxilolmalarına görə quruluşuna, izotop geokimyasının əsaslarına, maqmatik proseslərin, müxtəlif tip maqmatik süxurların geokimyası və petrogenezisinə baxılır. Bununla yanaşı, kitabda mikroelementlərin paylanma əmsalı, onlara təsir edən müxtəlif faktorlar və bunun əsasında ərimə-kristallaşma, fraksiyon kristallaşma, assimilyasiya proseslərinin geokimyəvi modelləri verilmişdir.
«Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı» istiqamətində təhsil alan magistrlər, doktorantlar, həmçinin geokimya-petrologiya sahəsində işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
«BakıUniversiteti» nəşriyyatı, 2008







