Search

Axtarış

Üzvi kimya praktikum

Redaktor: akademik A.M.Məhərrəmov

Rərtib edənlər: M.S.Abbasov N.D.Sadıxova R.Ə.Nəcəfova M.Ə.Allahverdiyev

Üzvi kimya. Praktikum. Dərs vəsaiti. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 312 s.

Kimya fakültələrinin bakalavr və magistratura pilləsində təhsil alan tələbələr üçün üzvi kimyadan laboratoriya məşğələlərinin proqramını əhatə edən «Üzvi kimya. Praktikum» dərs vəsaiti rus dilində mövcud olan dərs vəsaitləri əsasında, o cümlədən 1982-ci ildə keçmiş SSRİ-nin «Ali məktəb» nəşriyyatı tərəfindən A.A.Petrovun redaktorluğu ilə dərc edilmiş «Üzvi kimyadan laboratoriya işləri» dərs vəsaiti əsas götürülərək tərtib edilmişdir.

Dərs vəsaitinin əvvəlində laboratoriya işləri zamanı lazım olan qaydalardan, təhlükəsizliyə dair tələbatlardan bəhs edilir. Həmçinin, üzvi birləşmələrin müxtəlif üsullarla fərdi halda alınması, onların fiziki-kimyəvi sabitlərinin təyini üsulları verilmişdir. Üzvi kimyada təcrübələr apararkən lazım olan avadanlıqlar və onların əsasında hazırlanmış qurğuların təsviri və ayrı-ayrılıqda avadanlıqların adları göstərilmişdir.

Dərs vəsaitində ən vacib üzvi birləşmələrin çevrilməsini xarakterizə edən nümunələr verilmişdir.

«Bakı Universiteti» nəşriyyatı, 2008

Bookmark and Share