Search

Axtarış

İnsan və heyvan fiziologiyası (I cild)

Redaktorlar: ADPU-nin insan və heyvan fiziologiyası kafedrasının müdiri, b.e.d., prof. Ə.N.Fərəcov

AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun böyük elmi işçisi, b.e.n. Ş.M.Hacıyev

Rəyçilər: Rusiya EA-nın üzvü, Beynəlxalq Noosfer Akade­miya­sının həqiqi üzvü, b.e.d., prof. M.S.Babayev

AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun «Analizatorların müqayisəli və yaş fiziologiyası» laboratoriyasının rəhbəri, b.e.n. A.Q.Qazı­yev

Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin dekanı, anatomiya, fiziologiya, zoologiya kafedrasının dosenti A.M.Rüstəmov

ƏliyevƏ.H., ƏliyevaF.Ə., MədətovaV.M. İnsanheyvanfizio­logiyası(bakalavrhazırlığıüçündərslik). Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2007, 416 s.

Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid müasir məlumatlar verilmişdir.

Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən «İnsan və heyvan fiziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin birinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa standartları nəzərə alınmaqla fiziologiyanın inkişaf tarixi (giriş), əsas anlayış və prinsiplər, hüceyrə fiziologiyasının əsasları, oyanan toxumaların fiziologiyası və ya elektrik oyanması ilə məlumatların nəql olunması, əzələnin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziolo­giyası, analizatorların fiziologiyası və daxili sekresiya vəziləri haqqında məlumat verilir. Dərsliyin ikinci hissəsində isə qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdir

Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının fəaliyyət mexanizminin avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası, əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilirməsidir.

Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologi­yanın müxtəlif sahələrində çalışan bioloqlar üçün faydalı mənbə ola bilər.

Ó «Bakı Universiteti» nəşriyyatı, 2007.

Bookmark and Share