BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
1919-cu ildə Bakı Dövlət Universitetinin açılması haqqında verilən qərar Azərbaycan Demokratik Respublikasının ən mühüm xidmətlərindən biri oldu.
Universitetin dövrü elmi orqanları 1921-ci ildən çıxmağa başlamış «Xəbərlər» və 1924-cü ildən nəşr olunmuş «Nəzəri və praktik təbabət» jurnalları idi. 1921-ci ildə «Bakı Dövlət Universitetinin xəbərləri»nin iki yarımcildi buraxılmışdı. Birinci yarımcild təbiətşünaslığa və təbabətə, ikinci isə humanitar elmlərə həsr olunmuşdu. 1922-ci ildə «Bakı Universitetinin xəbərləri»nin ikinci nömrəsi və birinci yarımcildi (təbiətşünaslıq və təbabət) çapdan çıxmışdı.
Hazırda «Bakı Universitetinin Xəbərləri» elmi jurnalı 4 seriyadan ibarətdir: Humanitar elmlər seriyası; Təbiət elmləri seriyası; Sosial-siyasi elmlər seriyası; Fizika-riyaziyyat elmləri seriyası. Hər seriya ildə 4 dəfə nəşr olunur.
Bakı Universiteti Xəbərlərinin baş redaksiya heyəti:
Məhərrəmov A.M.- baş redaktor
Əliyev İ.Ə.- baş redaktorun müavini
Allahverdiyev C.E., Bayramov Ə.S., Əfəndiyev V.Ə., Əliyeva R.Ə., Hacıyeva S.A., Hacıyev T.İ., Xələfov A.A., Qasımzadə F.F., Məmmədəliyev V.M., Muxtarov A.İ., Müseyibov M.A., Paşayeva N.A., Seyidov Y.M., Əliyeva İ.M., Quliyeva Ş.T. (məsul katib).
Bakı Universitetinin Xəbərləri jurnalının elektron versiyası "Universitetdaxili 50+50 qrant layihəsi" çərçivəsində hazırlanmışdır.
![]() |
Humanitar elmlər seriyası Bu seriya dilçilik, ədəbiyyatşünaslıq, tarix, şərqşünaslıq, jurnalistika, kitabxanaşünaslıq, metodika və digər humanitar sahələr üzrə son elmi xəbərləri oxucu auditoriyasına çatdırır. Humanitar elmlər seriyasının redaksiya heyəti: |
![]() |
Təbiət elmləri seriyası Bu seriyada kimya, biologiya, geologiya, coğrafiya və başqa sahələr üzrə elmi məlumatlar verilir. Təbiət elmlər seriyasının redaksiya heyəti: Təbiət elmləri seriyasının 1992-2009-cu illər üzrə biblioqrafik məlumat bazası
|
![]() |
Sosial-siyasi elmlər seriyası Seriya hüquq sahəsini bütövlükdə, fəlsəfə, iqtisadiyyat, psixologiya, sosiololiya, politologiya elmlərini əhatə edir. Sosial-siyasi elmlər seriyasının redaksiya heyəti: Sosial-siyasi elmlər seriyası üzrə 1992-2009-cu illər üzrə biblioqrafik məlumat bazası
|
![]() |
Fizika-riyaziyyat elmləri seriyası Burada dəqiq elm kimi riyaziyyat, mexanika, fizika, informatika, astrofizika və başqa sahələrə daiq elmin son yenilikləri əksini tapır. Fizika-riyaziyyat elmlər seriyasının redaksiya heyəti: |











