Azərbaycan Xalq Cümhuriyyətində dil, məktəb və təhsil problemləri
Elmi redaktoru:
filologiya elmləri namizədi,
dosent Mətanət Əli qızı Abdullayeva
Rəyçilər:
filologiya elmləri doktoru,
dosent Hüseyn Abbas oğlu Əsgərov filologiya elmləri namizədi,
dosent Cəmilə Rəşid qızı Əmirova
Səyidov Y.M., Abbasova S.N. Azərbaycan Xalq Cümhuriyyətində dil, məktəb və təhsil problemləri (magistrantlar üçün dərslik). - Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2010. - 188 səh.
Dərslik-müntəxabat BDU-nun filologiya fakültəsinin magistratura tədris planına va proqramına uyğun olaraq tərtib edilmişdir. Dərslikdə Cümhuriyyətin yaranması, fəaliyyəti haqqında ümumi məlumat həmin dövrdə dil siyasəti, türk dilinə (Azərbaycan dilinə) dövlət : dili statusu verilməsi, bu dilin tətbiq sahələrinin müəyyənləşdirilməsi, maarif məsələləri, məktəblərin təşkili və milliləşdirilməsi, ana dilində təhsil məsələsi və s. haqqında danışılır (Stenoqramdakı yazılış qaydaları eyni ilə saxlanılır ).
© «Bakı Universiteti» nəşriyyatı, 2010







