Xəbərlər
Baki Universitetinin Xəbərlər Jurnalı19/01/2012
Baki Universitetinin Xəbərlər Jurnalı yeni nömrələri çap olunub.
| ƏtraflıQanlı Yanvar
13/01/2012
1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının tarixinə ən faciəli gün kimi daxil oldu. Qanlı Yanvar gecəsində Azərbaycan xalqı azadlıq uğrunda özünün mübarizə əzmini, qəhrəmanlığını, igidliyini bir daha nümayiş etdirdi.
| ƏtraflıJurnalistika fakültəsində İnternet TV yaradılacaq
12/01/2012
Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
| ƏtraflıBDU rektoru təltif edilib
11/01/2012
"Turizmə dəstək” Gənclər Koalisiyası Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovu təltif edib.
| ƏtraflıAmerikalı politoloq Bakı Dövlət Universitetində mühazirələr oxuyacaq
15/04/2011
Amerikanın tanınmış politoloqu, Volker Beynəlxalq və Regional Araşdırmalar İnstitutunun direktoru, professor Qordon Smit 24-28 aprel tarixlərində Bakı Dövlət Universitetinə gələcək. Səfərdə məqsəd beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin tələbə və magistrantlarına müxtəlif səpkili mühazirələr oxumaqdır.
| ƏtraflıAvropanın “TEMPUS” proqramı Biologiya fakültəsində II layihəsini reallaşdırmağa hazırlaşır
15/04/2011
Avropanın “TEMPUS” proqramı çərçivəsində Bakı Dövlət Universiteti və İngiltərənin Westminster Universiteti arasında magistr pilləsi üzrə distant təhsilin reallaşmasına hazırlıq məqsədilə layihə təşkilatçılarının 19-20 aprel tarixlərində BDU-ya səfərləri gözlənilir.
| Ətraflı“Çaşıoğlu-Multimedia” tələbələri işə dəvət edir
09/04/2011
Bu gün "Çaşıoğlu-Multimedia" şirkətinin baş direktoru Rəhilə Soltanqızının və əməkdaşlarının BDU tələbələri ilə görüşü olub. Görüşun əsas məqsədi tələbərə iş təklifi ilə bağıl olub.
| ƏtraflıRektor imtahan prosesini izlədi
09/04/2011
Bu gün rektor, akademik Abel Məhərrəmov Hüquq fakültəsinin qiyabi şöbəsində təhsil alan tələbələrin imtahan prosesini izləyib. Müasir hüququn əsasları, Xarici dil və Fəlsəfə fənlərindən imtahan verən I kurs tələbələri ilə söhbət edən rektor, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.
| ƏtraflıUniversitetdaxili «50+50» qrant proqramının yeni mərhələsi elan edilib
08/04/2011
BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 9 iyun 2009-cu il tarixli əmrinə əsasən universitetin professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə universitetdaxili «50+50» qrant proqramının 1 oktyabr 2011-30 iyun 2012-ci il tarixlərini əhatə edən yeni mərhələsi elan edilib.
| ƏtraflıAkademik Abel Məhərrəmov təltif edilib
05/04/2011
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeninə layiq görülüb. Adıçəkilən qurumun prezidenti M.A.Pekelisin imzası ilə göndərilmiş müvafiq sənəddən məlum olur ki, rektor «Elm və təhsil sahəsində böyük xidmətlərinə görə» bu yüksək adla mükafatlandırılıb.
| ƏtraflıBDU-da Elmi şuranın növbəti iclası keçirilib
05/04/2011
Bu gün Bakı Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfə verdiyini, Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib.
| Ətraflı31 MART SOYQIRIMI QURBANLARI ANILDI
31/03/2011
Bu gün Bakı Dövlət Universitetində 31 mart soyqırımı ilə əlaqədar tədbir keçirilib. Soyqırımı aktını xalqımıza qarşı ermənilərin törətdiyi ən qanlı cinayət kimi səciyyələndirən rektor, akademik Abel Məhərrəmov Azərbaycan torpaqları hesabına dövlət quran ermənilərin tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qaldığını deyib. Rektor bildirib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, 10 minlərlə insanı yurd-yuvasından didərgin salıblar.
| ƏtraflıBoş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilib
31/03/2011
Nazirlər Kabinetinin «Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq ediməsi haqqında» 12 sentyabr 2008-ci il tarixli, 210 nömrəli Qərarının qəbul olunması ilə bağlı ali təhsil müəssisələrində fakültə dekanı, kafedra müdiri və dekan müavini vəzifələrinin tutulması qaydasında müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan həmin vəzifələrin tutulması ilə bağlı müsabiqənin keçirilməsi Təhsil Nazirliyi tərəfindən müvəqqəti olaraq dayandırılmış və onların səlahiyyət müddəti seçki keçirilənədək uzadılmışdı. Həmin qaydalar Təhsil naziri Misir Mərdanovun 09 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq olunduğundan, əmrin icrası ilə əlaqədar olaraq digər ali məktəblər kimi Bakı Dövlət Universiteti tərəfindən də «Azərbaycan» qəzetinin 30 mart 2011-ci il tarixli sayında və universitetin internet saytında boş olan dekan vəzifələrini tutmaq üçün müsabiqə elan edilmişdir.
| Ətraflı1





